Bakıda 3, Şirvanda 1 məhbus ölüb

İntihar hadisəsi Şirvan Şəhər Polis Şöbəsində qeydə alınıb

Source:
intihar
intihar


İntihar hadisəsi Şirvan Şəhər Polis Şöbəsində qeydə alınıb

Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alan məhbuslar – 1975-ci il təvəllüdlü Vüqar Füzuli oğlu Həsənov, 1955-ci il təvəllüdlü Divangir Camal oğlu Əliyev və 1966-cı il təvəllüdlü İlqar Nəsir oğlu Məmmədov vəfat ediblər.

Məlumatı APA yayıb. Daha bir məhbus isə Şirvan şəhər Polis Şöbəsində ölüb. Onun intihar etdiyi bildirilir. Məlumatda deyilir ki, bir gün əvvəl həmyerlisini bıçaqladığı üçün saxlanılan Şirvan sakini, 1989-cu il təvəllüdlü Həmidov Vüqar Məhərrəm oğlu saxlanma yerində özünə qəsd edib.

İntiharın hansı şəraitdə baş verdiyi və səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Rəsmi məlumata görə, Vüqar Həmidov münaqişə zəminində həmyerlisi, 1968-ci il təvəllüdlü Məmmədov Musa Hüseynağa oğlunu bıçaqlayıb. M.Məmmədov Şirvan şəhər xəstəxanasına yerləşdirilərək əməliyyat olunub.

Münaqişəyə səbəb M.Məmmədovla V.Həmidovun qardaşı, 1985-ci il təvəllüdlü Həmidov İlqar Məhərrəm oğlu arasında baş verən əlbəyaxa dava zamanı onu dəmir linglə vurması olub.

Sonuncu da xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Ana səhifəXəbərlərBakıda 3, Şirvanda 1 məhbus ölüb