Bakıda 14 dərəcə isti olacaq

Dağlıq rayonlara qar yağacaq

Source:
foto sosial şəbəkə


Dağlıq rayonlara qar yağacaq

Martın 28-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yayıb. Bildirilir ki, yarımadada gecə 4-6, gündüz 10-14, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı, duman olacağı bildirilir. Yağıntının dağlıq rayonlarda qara keçəcəyi ehtimal edilir. Gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə kimi isti, gündüz 5-10 dərəcə isti təxmin edilir.

Ana səhifəXəbərlərBakıda 14 dərəcə isti olacaq