Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənir
Martın 3-ü Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.
Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti yayıb. Bildirilir ki, yarımadada gecə 5-7, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Axşam isə bəzi qərb rayonlarında yağıntılı olacağı ehtimal edilir. Gecə 3-7, gündüz 11-16, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti təxmin edilir.