Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlama yayıb
Fevralın 28-i Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz olacağı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 2-5, gündüz 8-13, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacaq.
Ölkənin rayonlarında da hava yağmursuz olacaq. Gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 5-10 dərəcə isti təxmin edilir.