Nazir: “Layihənin icrasının cari ilin ilk yarısında başa çatdırılması gözlənir”
“Məhkəmə çəkişmələri Bakı-Tbilisi-Qars layihəsinin icrasını 3 il gecikdirib”, – Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan belə deyib.
APA yazır ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrasının cari ilin ilk yarısında başa çatdırılması nəzərdə tutulur. Əhməd Arslan hazırda layihənin inşası ilə bağlı qızğın işlər getdiyini söyləyib:
“Qış fəslinin də çətinliklərini nəzərə alsaq mart və ya aprel ayında inşaat işlərini yekunlaşdırmağı planlaşdırırıq”.
Nazir layihənin icrası zamanı ortaya çıxan çətinliklərdən də danışıb. Deyib ki, məhkəmə çəkişmələri və etirazlar layihənin xeyli gecikməsinə səbəb olub:
“Layihə tender prosedurlarına start veriləndən sonra baş verən etirazlarla əlaqədar 1, məhkəmə proseslərinə görə isə 3 ildən çox gecikmə ilə reallaşdı”.