”Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi gələn ilin ortalarına kimi bitəcək”

Astara-Yalama dəmir yolunun da tam yeniləcəyi bildirilir

Source:


Astara-Yalama dəmir yolunun da tam yeniləcəyi bildirilir

“Ümid edirik ki, Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin tikintisi bu ilin sonu və ya növbəti ilin birinci yarısında yekunlaşacaq”, – “Report” yazır ki, bunu Bakıda keçirilən “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu” biznes forumunda çıxışı zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Azərbaycanın mərkəzdə yerləşdiyini deyən C.Qurbanov ölkənin beynəlxalq nəqliyyat dəhlizlərinin də mərkəzi ola biləcəyini qeyd edib.

C.Qurbanov gələcəkdə Azərbaycan dəmir yollarının inkişafı çərçivəsində Astara-Yalama istiqamətində də dəmir yollarının da tam yeniləcəyini deyib.

Ana səhifəXəbərlər”Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi gələn ilin ortalarına kimi bitəcək”