Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi tamamlanmaq üzrədir

Sınaq uğurlu keçib

Foto: arxiv
Dəmiryolu
Dəmiryolu


Sınaq uğurlu keçib

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə bəzi sınaqların keçirilməsinə də başlanıb.

“Turan” yazır ki, dəmir yolunun Gürcüstan ərazisində dizel ilə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Lokomotivlər maneəsiz hərəkət edir.

Yaxın günlərdə Axalkalaki stansiyasındakı təkər cütlərinin dəyişmə məntəqəsində yüklü vaqonun Türkiyə sərhədinə göndərilməsi sınağı da uğurla həyata keçirilib.

2007-ci ilin noyabrında Tetri-Skaro rayonunda – Marabda stansiyasında Bakı – Tbilisi – Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsinin tikintisi başlayıb. 2008-ci ilin iyulunda isə Qars şəhərində Bakı – Tbilisi – Qars bağlantısının Türkiyə hissəsinin tikintisinə start verilib.

Layihənin maliyyələşmə yükü əsasən Azərbaycanın üzərindədir. Uzunluğu 153 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan 775 milyon dolları ayırmağı öhdəsinə götürüb.

Ana səhifəXəbərlərBakı-Tbilisi-Qars dəmir yolu layihəsi tamamlanmaq üzrədir