Bakı-Tbilisi-Bakı sürət qatarında qiymətlər aşağı düşdü

Bu gündən qiymətlər aşağı enib, rəsmi məlumatda belə deyilir

Source:
Bakı-Sumqayıt qatarı
Bakı-Sumqayıt qatarı


Bu gündən qiymətlər aşağı enib, rəsmi məlumatda belə deyilir

Aprelin 1-dən etibarən Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən AzadlıqRadiosuna bildirilib ki, dəyişiklikdən öncə Bakıdan Tbilisiyə kimi gediş haqqı yataq dəstinin istifadəsi və komisyon yığım daxil olmaqla, plaskart vaqonda 30,16 manat , kupe vaqonda 44,50 manatvə SV vaqonda 83,77 manat olub.

Qurumun mətbuat xidmətindən bildirilib ki, dəyişiklikdən sonra isə gediş haqları plaskart vaqonda 24,54, kupe vaqonda 35,32 və SV vaqonda 58.43 manat olacaq.

İsveçrə frankının Azərbaycan manatına məzənnəsindən asılı olaraq, gediş haqları da dəyişir.

Ana səhifəXəbərlərBakı-Tbilisi-Bakı sürət qatarında qiymətlər aşağı düşdü