Bakı-Sumqayıt yolunda qəza: ölən və yaralananlar var (Yenilənir)

Ölənlərdən ikisi tələbədir

Source:
Qəzada həyatını itirən 5 tələbənin fotoları
Qəzada həyatını itirən 5 tələbənin fotoları


Nazirlik: Bakı-Sumqayıt yolunda faciəyə səbəb olan mikroavtobus qanunsuz fəaliyyət göstərib


Nazirlikdən “APA-Economics”ə  verilən məlumata görə, marşrutu üzrə sərnişindaşıma həyata keçirən “50 BL 132” dövlət nömrə nişanlı “Ford Tranzit” markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib: “Faciəyə səbəb olan mikroavtobusa Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fərqlənmə nişanı verilməyib. Eyni zamanda, nəqliyyat vasitəsi Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədini də almayıb”.


Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü Namiq Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.

***

Ölənlər Sumqayıt Dövlət Universitetinin tələbələridir

***


11.48.

Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.

Bunlar Quliyeva Çinarə Azər qızı (1996-cı il), Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il), Muradova Roza Eynulla qızı (1997-ci il), Quliyev İbrahim Vuqar oğlu (1996-cı il), Caniyev Rəşad Füzüli oğludur(1997-cı il) .

Onların hamısı Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

***


11.30.

Bakıdan Sumqayıt şəhəri istiqamətinə gedərkən qəzaya uğrayan mikroavtobusun sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən “Report”un bildiriblər ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək dəmir yolayrıcına çırpılıb. “Onun qarşısına piyada çıxmayıb”, – deyə, idarədən bildirilib.

***

Martın 9-da Bakı-Sumqayıt yolunda qəza baş verib.

APA yazır ki, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə 5 nəfər ölüb, 17 nəfər yaralanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova yaralanan 17 nəfərin Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparıldığını deyib:

“Onlardan çoxunun vəziyyəti orta-ağır dərəcədədir”.

Ölənlərdən ikisi isə Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub. Yolda tıxac yaranıb.

Meydan TV qəzada yaralananların siyahısını tıəqdim edir:

Ana səhifəXəbərlərBakı-Sumqayıt yolunda qəza: ölən və yaralananlar var (Yenilənir)