5 tələbənin öldüyü qəzada, 20 nəfərə yaxın adam da xəsarət almışdı
Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli Turan-a bildirib ki, “Martın 9-da Bakı-Sumqayıt yolunda baş vermiş qəzada xəsarət alan tələbələrin durumu stabildir”.
Onun sözlərinə görə, Bakı şəhər 1 saylı Klinik Xəstəxanada müalicə alan tarix-coğrafiya fakültəsinin tələbəsi Lalə Nəsibzadə hələ komadan ayılmayıb. İki nəfər evə buraxılıb. Digər tələbələrin durumunda ağırlaşma halı yoxdur.
N.Cəlilli qəzada dünyasını dəyişənlərin dəfn olunduqlarını bildirib. İbrahim Quliyevin cənazəsi isə bu gün Cəlilabada göndəriləcək.
Dünən səhər saatlarında Bakı- Sumqayıt yolunda ağır yol-nəqliyyat qəzası baş verib. Nəticədə Sumqayıt Dövlət Universitetinin 5 tələbəsi həlak olub, 20-yə yaxını xəsarət alıb.