Bakı-Sumqayıt yolunda 3 qəza, 9 nəfər öldü (yenilənib)

İlkin məlumata görə 6 nəfər ölüb, yaralananlar var

Source:


Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün Keşlə qəsəbəsində Bakı-Sumqayıt xətti ilə hərəkətdə olan sürət qatarı 35-40 yaşlarında qadını vurub. Nəticədə qadın aldığı xəsarətdən yerindəcə keçinib. Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır.


————————————————————————————


Sentyabrın 16-da axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA-nin şimal bürosunun verdiyi məlumata görə, magistralın 48-ci km-də, Azərbaycanın Sumqayıt şəhəri ərazisində “Hyundai” markalı avtomaşın yolu kənarında dayanan 4 piyadanı vurub. Onlarda 3-ü ölüb, bir nəfər isə xəsarət alıb. “Hyundai”-ın sürücüsü də xəsarət alıb.


Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


————————————————————————————


İlkin məlumata görə, Qafqazinfoya istinadən 6 nəfər ölüb, yaralananlar var.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ceyranbatan su anbarının yaxınlığında “Ford-Tranzit” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

Ana səhifəXəbərlərBakı-Sumqayıt yolunda 3 qəza, 9 nəfər öldü (yenilənib)