Tarif Şurasının qərarında biznes klas yerlərin qiyməti göstərilməyib.
Tarif (qiymət) Şurası sentyabrın 14-də Bakı-Sumqayıt-Bakı elektrik qatarının biletlərinin qiymətini təsdiq edib. Bakıdan Sumqayıta gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpikdir.
Yeni tariflər (
http://economy.gov.az/images/pdf/baki-sumqayit.pdf
) sentyabrın 15-dən qüvvəyə minir. TŞ-nin qərarında biznes klas yerlərin qiyməti göstərilməyib.
“Azərbaycan Dəmir Yolları” QSC bu il Belarusdan 3 ikimərtəbəli vaqondan ibarət 3 sərnişin qatarı alıb. Vaqonların tutumu 99 nəfərdir. Qatarlarda 396 oturacaq var, bunun 84-ü biznes-klasdır. Sazişə əsasən, ilin sonuna kimi daha iki qatar alınacaq.
Avtobusla Sumqayıta gediş haqqı 0,40-0,60 manatdır. Taksi ilə gedişin qiyməti 4-10 manat təşkil edir. Çünki taksometrdən istifadə olunmur. (“Turan” İA)