Bakı-Sumqayıt istiqamətində elektrik qatarlarında gediş haqqı ilə bağlı Nəqliyyat Nazirliyinin Sərnişindaşıma Departamentinin təqdim etdiyi təkliflər Tarif (qiymət) Şurasının Katibliyində araşdırılır.
Bu barədə APA-ya İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.
A. Əliyev deyib ki, “Bakı-Sumqayıt istiqamətində elektrik qatarlarında gediş haqqı ilə bağlı təkliflərə də Tarif Şurasında kollegial qaydada baxıldıqdan sonra müvafiq qərar veriləcək”. O, əlavə edib ki, prosedura uyğun olaraq öncə Tarif Şurasının Katibliyi tərəfindən təkliflərin iqtisadi cəhətdən əsaslandırılmış olub-olmaması araşdırılır. Daha sonra isə məsələ Tarif Şurasının gündəliyinə çıxarılır və Tarif Şurasında kollegial qaydada baxıldıqdan sonra müvafiq qərar verilir.