Bakı şəhər İcra Hakimiyyəti Müsavatın müraciətinə cavab verdi

Qurum yenə qurultayın Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilməsini məsləhət görüb

Source:


Qurum yenə qurultayın Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilməsini məsləhət görüb

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına qurultay keçirmək üçün Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət Evini məsləhət görüb. Qurum partiyanın müraciətinə sentyabrın 10-da cavab verib.

Bu haqda “Turan İA”a partiya başqanının müavini Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, mədəniyyət sarayının problemləri mövcuddur. Belə ki, təmirə ehtiyacaı var, həm də qurultayda iştirak üçün nəzərdə tutulan 800-1000 nəfər insanı qəbul etmək imkanına malik deyil.

Partiyanın qururltayı Bakı şəhər İcra Hakimiyyətinin göstərdiyi məkanda keçirib-keçirməməyə gəlincə, G.Aslanlı bununla bağlı hələ qərar olmadığını deyib. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin qarşıdakı bazar ertəsi günü keçiriləcək iclasında bu məsələnin müzakirə olunaraq qərar qəbul ediləcəyi qeyd edilib.

Müsavat Partiyası növbəti qurultayın keçirilməsi ilə bağlı qərar versə də, Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerlərin yararsızlığı üzündən qururltayı keçirə bilmir. Patiyanın icra hakimiyyətinə dəfələrlə müraciətlərinə baxmayaraq, paytaxt hakimiyyəti şəhərin mərkəzindəki iri zalları ayırmaqdan imtina edir, şəhərin kənarındakı yararsız yerləri göstərir. Müsavat Partiyası qurultayı bu il sentyabrın 27-də keçirmək niyyətindədir.

Ana səhifəXəbərlərBakı şəhər İcra Hakimiyyəti Müsavatın müraciətinə cavab verdi