Bakı sakininin İçərişəhər divarına “Z” yazarkən saxlanıldığı bildirilir

Mənbə: “icherisheher.gov.az”

67 yaşlı Saprıkin bu hərəkəti ilə Rusiyaya dəstək vermək istəyib

Paytaxt sakini Aleksandr Saprıkinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğundakı Qala divarına “Z” hərfi yazarkən saxlanıldığı bildirilir.

Hadisə iyunun 13-də baş verib.

Bu barədə məlumat yayan “Minval.az” 1955-ci il təvəllüdlü A.Saprıkinin bu hərəkətini Rusiyanın Ukraynaya qarşı müharibəyə dəstəyini ifadə etmək üçün yazdığını qeyd edib.

A.Saprıkinin Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı deyilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hadisəyə münasibət öyrənmək mümkün olmayıb. Amma nazirlikdəki mənbə Meydan TV-yə hadisənin baş verdiyini təsdiqləyib.

Ana səhifəXəbərlərBakı sakininin İçərişəhər divarına “Z” yazarkən saxlanıldığı bildirilir