Azərbaycanlı Rusiyada casusluq ittihamı ilə 5 il müddətinə həbs edilib

Məhkəmə. İllüstrasiya: Meydan TV

Rusiyanın Ryazan vilayət məhkəməsi Azərbaycanda doğulmuş Mehriban Lukinskayanı beş il müddətinə həbs edib.

Bu barədə “Mediazona” məhkəmənin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Lukinskaya Rusiya Cinayət Məcəlləsinin 275.1-ci maddəsi – xarici dövlət və ya beynəlxalq təşkilatla məxfi əməkdaşlıqda ittiham olunaraq təqsirli bilinib. Təffərrüatlar açıqlanmır.

Onun barəsində cinayət işi 2025-ci ilin mayında məhkəməyə təqdim olunub.

Məlumata görə, 55 yaşlı Lukinskaya Bakıda doğulub, 2017-2021-ci illərdə Ryazandakı boru zavodunda, eləcə də ağır döymə-pres avadanlıqları istehsalı müəssisəsində çalışıb.

Luki̇nskayanın qohumları və vəkili şərh verməkdən imtina ediblər.

Ana səhifəXəbərlərAzərbaycanlı Rusiyada casusluq ittihamı ilə 5 il müddətinə həbs edilib