Bakı-Quba yolunda qəza: 6 nəfər öldü

Foto: DİN

Yaralıların olduğu bildirilir

Bakı-Quba yolunun 98-ci km-də – Sizyəzən rayonu ərazisindən keçən hissəsində – yol-nəqliyyat hadisəsi baş verib. “Mersedes Vita”markalı avtomobillə yük maşını toqquşub. Daxili İşlər Nazirliyindən Meydan TV-yə verilən məlumata görə, hadisə nəticəsində ölənlər və yaralılar var.

“Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür”, – nazirlikdən bildirilib.

İlkin məlumata görə, 6 nəfər hadisə yerində ölüb. Onlardan biri “Mercedes Vita”nın sürücüsüdür.

Ana səhifəBölgəBakı-Quba yolunda qəza: 6 nəfər öldü