Zərdüşt Əlizadə: “Azərbaycanda dini radikallığın artması hakimiyyətin müstəsna xidmətinin nəticəsində baş verib”
Azərbaycan hakimiyyətinin yayın sonunda QHT sektoruna qarşı apardığı repressiya kampaniyası müəyyən fasilədən sonra yenidən vüsət alıb. Paralel olaraq hakimiyyət Qərbə qarşı kəskin fikirlər səsləndirir və Rusiya ilə yaxınlaşma kursu götürür. Buna qarşı olaraq rəsmi Bakı cavablar da alır. Politoloq Zərdüşt Əlizadə ilə söhbətimizdə bütün bu məsələləri təhlil etdik.
–
Z
ərdüşt bəy, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bugünlərdə çox maraqlı bəyanat verib. Nazir bildirib ki,
Az
ə
rbaycan h
ö
k
ü
m
ə
ti Q
ə
rb
ö
lk
ə
l
ə
rinin biz
ə
qar
şı
t
ə
tbiq etdiyi sanksiyalara qo
ş
ulmamaqla h
ə
r iki
ö
lk
ə
nin strateji t
ə
r
ə
fda
ş
oldu
ğ
unu
ə
m
ə
ld
ə
d
ə
isbat etdi: “Bununla da Az
ərbaycan bizim üçün regionun ən önəmli ölkəsidir
”. Bu b
əyanatın diplomatik dildə açması nədir, Ermənistana mesajdır, yoxsa…?
– Xeyr, bəyanat əsla Ermənistan-Azərbaycan münasibətlərinə aid deyil. Bu bəyanat Rusiyanın Qərb dövlərilə qarşıdurması fonunda Azərbaycan kimi kiçik, iqtisadiyyatı zəif, xarici dövriyyəsi miskin olan bir dövlətin belə dəstəyinə möhtac olduğuna bir işarədir.
–
Yəni Rusiyada durum o qədərmi ağırdır ki, Azərbaycan kimi iqtisadiyyatı zəif olan ölkəyə möhtac olur? Axı “Qazprom” şirkəti bugünlərdə Dövlət Neft Şirkətinə 2 milyard dollar vəsait ayırdı…
– Bəyanat qarşılıqlı istisadi məsələlərdə Azərbaycanın Qərbin qadağasına məhəl qoymamasına bir işarədir. Azərbaycan bu dəstəyi ona görə edir ki, Rusiyadan daha çox asılıdır, nəinki Qərbdən. Yəni Qərb Azərbaycan hakimiyyətini yıxmaq gücündə deyil, amma Rusiya indiki hakimiyyəti istədiyi anda yıxa bilər. Bu baxımdan rəsmi Bakı Kremlin siyasi xəttinə qarşı çıxmır, onu dəstəkləyir, o cümlədən, iqtisadi sahədə heç bir sanksiyalara qoşulmur. Əslində bu sanksiyalara qoşulub-qoşulmamağın da əhəmiyyəti yoxdur, çünki Azərbaycan-Rusiya iqtisadi əlaqələri ikincinin ümumi ticarət mübadiləsi fonunda cüzi bir rəqəmdir. Qərb də bunu bildiyindən Azərbaycana heç bir təzyiq etmir, yəni Azərbaycan-Rusiya ticarəti davam etdirsə də, etdirməsə də, bunun əhəmiyyəti yoxdur.
–
Ancaq bir sıra həmkarlarınız, yaxud təhlilçi jurnalistlər bildirir ki, Azərbaycanın indiki vəziyyəti ötən əsrin 90-cı illərindən fərqlidir, dövlət güclü olduğundan Rusiya da burda siyasi durumu dəyişə bilməz…
– Onlar sadəcə vəziyyəti bilmirlər. Azərbaycan klassik yeni dövlətdir ki, burda dəfələrlə dövlət çevrilişi olub və bu proseslərdə Rusiyanın fəal iştirakı təkzib edilmir. İstər Vəzirovun, istər Mütəllibovun, istərsə də Elçibəyin devrilməsində və nəhayət, müxalifətin hər dəfə seçkilərdə əzilməsində Rusiyanın fəal iştirakı faktdır. Azərbaycan hakimiyyəti bunları gözəl bildiyindən Moskvaya hörmətlə yanaşır.
–
Amma Prezident Administrasiyasının rəsmisi Əli Həsənov bir gün əvvəl ANS-ə müsahibəsində bildirdi ki,
d
ö
vl
ə
t
ö
z daxili h
ə
yat
ı
na, ictimai h
ə
yat normalar
ı
na n
ə
zar
ə
t ed
ə
bilir, onlar
ı
n pozulmas
ı
n
ı
n qar
şı
s
ı
n
ı
ala bilir, qanunlar
ı
m
ı
z i
ş
l
ə
yir, h
ü
quq- m
ü
hafiz
ə
orqanlar
ı
ay
ı
q-say
ı
qd
ı
r.
– Bu fikri belə tərcümə edərdim: Azərbaycan hakimiyyəti qanunlarımıza məhəl qoymadan, vətəndaşların konstitusion hüquqlarını nəzərə almadan öz hakimiyyətini və bundan doğan qarət etmək hüququnu bütün üsullarla müdafiə etməyə hazırdır. Bu prosesdə Rusiya da rəsmi Bakıya vaxtaşırı kömək edir. Məsələn, 2003, 2005, 2008, 2009, 2013-cü il seçkilərində Moskva Bakıya kömək etdi, indi də gələnilki parlament seçkilərində yardım etməyə hazırlaşır. Ümumiyyətlə, avtoritar rejimlərin öz mövqelərini fəal şəkildə qorumaq sahəsində əməkdaşlığı var.
–
Amma cənab Həsənov son vaxtlar dini qruplaşmaların fəallaşmasında, məscidlərdə yanğının olmasında, ya da başqa bir hadisədə xarici iz axtarır. Sizcə, dini təfriqə yaratmaq istəyən xarici qüvvələr varmı?
– Şübhəsiz ki, Azərbaycanı müti və təsir altına salmaq istəyən müsəlman, qeyri-müsəlman ölkələr var. Amma Azərbaycanda dini radikallığın artması hakimiyyətin müstəsna xidmətinin nəticəsində baş verib. Dini radikalizm o zaman artır ki, cəmiyyətdə insanların təməl hüquqları pozulur. Maşallah, Azərbaycanda vətəndaşların bütün hüquqları pozulur, təməl və qeyri-təməl, ona görə də hansısa dünyəvi strukturlarda, cərəyanlarda öz ehtiyaclarının həllini tapa bilməyən insanlar ümidlərini Allaha və zalımlara qarşı zorakı mübarizəyə bağlayırlar. Beləliklə, tədricən qətlə, zora əl atırlar. Əgər onlar məhkəmələrdə ədalətli hakim görsəydilər, şirin canlarından keçib terrora əl atmazdılar. Amma məhkəmələrdə abırsız, vicdansız, sifarişlə işləyən hakimləri görəndə “kalaşnikovlara”, bombaya daha çox hörmət edirlər.
–
Ümumiyyətlə, hakimiyyəti təmsil edən şəxslər, konkret olaraq, Ramiz Mehdiyev, Əli Həsənov niyə Rusiyanı yox, daha çox Qərbi hədəfə alırlar?
– Səbəb odur ki, onlar Rusiyayla eyni dövlət, eyni ideologiyanın, düşüncə və dünyagörüş sahibidirlər. Belə olanda, niyə özlərini tənqid etsinlər? Onlar daha çox demokratik Qərbi tənqid edirlər. Başqa tərəfdən də son 15-20 ildə Qərbin ekspansiyası həddən artıq əndazəsini aşıb. Hakimiyyət də Qərbin ekspansiyasının nə vaxtsa Azərbaycan sərhədlərinə də çata biləcəyindən narahatdır.
–
Hansı mənada deyirsiz, Qərb imperializm siyasəti yeridir?
– Qərb öz dəyərlərini təbliğ edir, özü kimi yaşamağa dəvət edir, hətta kiçik dövlətlərin belə problemlərini onsuz həll etməyə imkan vermir. Yəni hansısa bir dövlətin müstəqilliyini qəbul etmir. Məsələn, Bolqarıstan Cənub axını qaz kəmərini öz ərazisindən keçirsəydi, minlərlə adam iş tapacaqdı və ildə 400 milyon avro tranzit pulu qazanacaqdı. Bu, kasıb Bolqarıstan üçün çox əhəmiyyətli məbləğ idi. Amma üzv olduğu üçün Avropa İttifaqı Bolqarıstana qadağa qoyduğundan çox mənfəətli layihədən imtina etdi. Bu, göstərir ki, Avropa İttifaqına daxil olan dövlətlərin müstəqilliyi xülyadır. Qərbin aparıcı dövlətləri və ABŞ kiçik dövlətlərə diktə edirlər ki, nəyi etmək olar, nəyi yox və bu zaman kiçik dövlətlərin köklü iqtisadi maraqlarıyla heç maraqlanmırlar da. Azərbaycan hələlik Qərbin maraqlarına cavab verən siyasət yürüdür, neftin, qazın nəqli, xaricdən sənaye mallarının alınması, bunlar Avropa iqtisadiyyatının inkişafına xidmət edir. Amma Qərb Azərbaycanda elə bir rejim görmək istəyir ki, kənd təsərrüfatını, sənayeni inkişaf etdirib xalqın gələcəyini düşünmək gücündə olsun. Buna əmin olmaq üçün elə bir qüvvələri hakimiyyətə gətirmək istəyir ki, onlar gecə-gündüz Qərbə yalvarıb onu tərifləsinlər. Necə ki, Bakı kommunistləri Moskva kommunistlərinə yalvara-yalvara onları tərifləyirdilər. Rəsmi Bakı Qərbin göstərişlərinə uyğun siyasət yeridir, amma Avropa modelində dövlət qurmur və onları da gecə-gündüz tərifləmir. Düzdür, Qərb narazılıq edir, sadəcə, hakimiyyətə ciddi təzyiq göstərmir, əməkdaşlıq yaxşı səviyyədədir. Ancaq Qərbin narazılığı hakimiyyətin xoşuna gəlmir, çünki onlar hakimi-mütləq olmaq istəyirlər.
–
Amma Ramiz Mehdiyev ABŞ-ı dövlət çevrilişində ittiham edir…
– Bu, nağıldır. Əgər Amerika istəsəydi, bunun çox sadə yolu vardı. Qaçaqmalçılıq yoluyla Azərbaycana 15-20 milyon dollar keçirərdi və onu müxalifətə göstərərdi, bir hissəsini də camaata paylayardı. Ondan sonra mitinqə 4-5 min yox, 80-90 min insan çıxıb və “rədd olsun istidbad” deyə bağırardı. Bunu etmirlərsə, deməli, onlar Azərbaycanda hakimiyyəti dəyişmək fikrində deyillər. Yaxud hər hansı yüksək çinli oliqarx-məmuru çağırıb deyə bilərdilər ki, səni dəstəkləyəcəyik, hərəkət et. Azərbaycanda Qərbin dəstəyini gözləyən bəzi oliqarxlar belə vəziyyət yaransaydı, hakimiyyətin üzərinə yürüyərdilər. Vəzirovu kim devirdi? Əliyevin 70-ci illərdə formalaşdırdığı keçmiş partnomenklatura. Mütəllibovu kim devirdi? Baş nazir Həsən Həsənov, AXC və Əliyevin dəstəsi. Elçibəyi kim devirdi? Əliyev, xarici qüvvələr və elə həmin partnomenklatura. Hakimiyyət dəyişikliyi yalnız yuxarılarda çat yarananda baş verir, hələlik hakim zümrədə çat yaranmayıb. Qərb hakimiyyəti devirmək istəsə, yuxarıdakı bir-iki nəfərlə danışıq aparıb, eyni zamanda, aşağıdakılara pul ötürər və çevriliş labüddür. Ancaq Qərb bunu istəmir, çünki İlham Əliyev onu qane edir. Bəzi hərəkətləri, davranışları o qədər xoşagəlməsə də, əsas məsələdə, pul, neft-qaz məsələsində Əliyev Qərbin göstərişləriylə hərəkət edir və onları qane edir.
–
Amma Əli Həsənov deyir ki, onlar müəyyən şeyləri görəndən sonra Qərbin öz dilində danışmağa başladılar…
– Əli Həsənov çox şey deyə bilər. Fikir vermirsiniz, o, 15-17 ildə çox şey deyib. Onların hansına inanmaq olar? Mən yalnız gördüyümə və bildiyimə güvənirəm, Əli Həsənovun dediklərinə yox. Mən tamamilə fərqli bir mənzərə görürəm. Bu mənzərə odur ki, Qərb Əliyevdən razıdır, onu devirmək istəmir, müxalifət adlanan qurumun içində ölkəni idarə edəcək şəxs və qüvvə görmür, hakim zümrədə də çat yaratmaq fikrində də deyil. Ona görə onlara heç bir vəd də vermir. Qaldı insan haqlarının pozulması, siyasi məhbuslar, bunlar Əliyevə əlavə təzyiq göstərmək üçündür. Əslində əsas məqsəd insan haqları və demokratiya deyil.
–
Bəs sabiq səfir Riçard Kozlariçin və sabiq dövlət katibinin müşaviri David Kramerin ötən qatıldıqları tədbirdə dedikləri “ə
g
ə
r
Ə
liyev h
ö
kum
ə
tin
ə
diplomatik t
ə
zyiq t
ə
sir etmirs
ə
, sanksiyalara baxma
ğı
n vaxt
ı
ç
at
ı
b” fikri real deyil?
– Onlar vaxtilə səfir və dövlət katibinin müşaviri olublar. Fərz edək ki, vaxtilə Fikrət Yusifov maliyyə naziri, Əli Məsimov da baş nazir idi. İndi kimdirlər, biri adi deputat, o biri də adi adam. Bilirsiniz, biri var vəzifədə olduğu dövrdə dediyi sözlərin sambalı, biri də var vəzifədən gedəndən sonra səsləndirdikləri bəyanatlar. Lap söylədikləri həqiqətə yaxın olsa belə, onun sanbalı yoxdur. Onlar fərdi, hətta kiçik vəzifədə olan insanlardır. Əgər bu bəyanatı dövlət katibi Con Kerri desəydi, bax, o zaman başqa məsələ.
–
Amma prezident Barak Obama bir neçə ay əvvəl bildirdi ki, Azərbaycan kimi ölkələrdə vətəndaş cəmiyyətinə qarşı inanılmaz hücumlar başlayıb…
– Obama preizdent yox, politoloq kimi danışıb. O, deyə bilərdi ki, ABŞ Azərbaycan hakimiyyətinin vətəndaşların təməl hüquqlarını kobudcasına pozub, diktatura dövlətinin yaratmasına soyuqqanlı baxmayacaq və öz tərəfindən tədbirlər görəcək. Əgər bu bəyanatı versəydi, inanıram ki, bizim məmurlar bir-birini itələyib qaçıb təyyarəyə minər, ölkədən gedərdilər. Amma politoloq kimi danışanda heç kim ona diqqətlə fikir vermir, prezident kimi danışanda dünyanın qüdrətli dövlətinin rəhbəri kimi ona yanaşacaqlar. Politoloq Zərdüşt Əlizadə də, Vəfa Quluzadə də, Rasim Musabəyov da çox şey deyir. Ancaq ortada politoloqun sözüylə prezidentin sözü arasında fərq olmalıdır, deyiliş tərzində və nəticələrində.
–
Söhbətimizi neftin qiymətinin enməsinin Rusiyada yaratdığı iqtisadi-siyasi atmosferə yönəldək. Şimal ölkədəki proseslər hansı gözləntiləri doğurur?
– Son 25 ildə Rusiyanın hakim zümrəsi sovet xalqının yaratdığı mirasın talanıyla məşğuldur. SSRİ zamanı olan qüdrətli elm, mülki sənaye tədricən dağıdılır və oğurlanır. Bunu real böhran yaranana qədər edirlər. Artıq real böhran yaranıb, Qərblə münasibətlər kəskinləşib, indi Rusiyanın hakim zümrəsi etdikləri kefin ağrısını çəkməlidirlər. Bu ölkənin hərbi-sənaye kompleksi çöküb, ordu zəifdir, maliyyə sistemi Qərbdən asılıdır, ölkə özü Qərbin xammal müstəmləkəsinə çevrilib. Hakim zümrə də xalqı talayan satqın ünsürlərdən təşkil olunub. Belə olan halda gedişat Putinə qələbə qazanmaq zəmanəti vermir. Birinci zərbə neftin qiymətinin aşağı düşməsidir, ikinci zərbə möhtəkirlər rublu fırladaraq ciblərini doldururlar. Hərçənd ki, prezident Putin onları tanıdığını desə də, heç bir bir tədbir görmürsə, nə xeyri var. Nəhayət, ölkənin ərzaq baxımından Qərbdən asılılığı 70 faizə çatıb. Düzdür, xüsusi təyinatlılardan, hava desantlarından istifadə edib özlərindən pis durumda olan Ukrayna ordusuna zərbələr endiriblər. Amma bu, Rusiyanın Qərblə qarşı-qarşıya dayanmağa qadir olduğunu deməyə əsas verir. Rusiyanın güclü alimləri artıq bədbin proqnozlar verir. Məsələn, baş nazirin iqtisadi məsələlər üzrə sabiq müşaviri Mixail Delyaqin proqnoz verib ki, 2015-ci ilin payızında Putin real devrilmə təhlükəsiylə üzləşəcək. Çünki iqtisadi vəziyyət hədsiz kəskinləşəcək. Yaxud iqtisadçı Mixail Fazin bildirib ki, Putinin iqtisadi siyasəti ölkəni uçuruma aparır. Başqa alimlər də Rusiyanın Qərblə rəqabət aparmasını mümkünsüz hesab edir.
–
Rusiya zəiflədikdə, Azərbaycan vəziyyətdən istifadə edib Qarabağda durumu xeyrinə dəyişə bilərmi?
– Azərbaycan hakimiyyətinin bir məqsədi var: nə qədər pul mənimsəmək. Onları Qarabağ maraqlandırmır. Sülhün nəhəng potensialı var, Azərbaycanın da bu potensialdan istifadə etmək üçün xeyli imkanları var. Söhbət iqtisadi, coğrafi üstünlüklərdən və müttəfuqlərdən gedir. Amma Azərbaycan hakimiyyəti bunlardan istifadə etmir. Çünki Bakı Moskva qarşısında öhdəlik götürüb ki, Qarabağ məsələsində Rusiyanın mənafeyinə zidd bir addım da atmayacaqlar. Yəni Qarabağı qaytarmağa cəhd etməyəcəklər. Xalqın da başının altına “yastıq” qoymaq üçün “Lazım” haqqında nağıllar danışırlar.