Arif Əliyev təqdim edir

Mənbə: Foto: Turan İA

Başlıq: Arif Əliyev təqdim edir

Bakı Mətbuat Klubu bərpa edilir

Məqalə yeniləndi:  4 Oktyabr 2019

Arif Əliyev: “Saytın işə salınması Bakı Mətbuat Klubunun tam bərpası yolunda ilk addımdır”

Bakı Mətbuat Klubunun saytının (pressklub.az) sentyabrın 17-də təqdimatı olub.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, 1998-ci ildə yaradılmış Mətbuat Klubu 7 ildən sonra öz fəaliyyətini dayandırmalı olub.

Mətbuat Klubunun bərpasının təşəbbüsçüsü onun təsisçilərindən biri, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevdir. O deyib ki, sayt bütün sağlam qüvvələri birləşdirməyə və əməkdaşlığa cəlb etməyə yönəlib.

Sayt bu və ya digər şəkildə mətbuatla bağlı insanları məlumatlandırmaq, onlara yardım etməyə və birləşdirməyə yönəlib. “Bu da özü-özlüyündə bir növ Asan-xidmət olacaq”, - o qeyd edib.

Saytda mətbuata dair yerli və beynəlxalq qanunvericilik, jurnalistlər üçün beynəlxalq strukturların təklifləri barədə məlumatlar olacaq, xarici KİV-lərdə Azərbaycan haqda dərc edilən yazılar yer alacaq.

A.Əliyevin sözlərinə görə, saytın işə salınması Bakı Mətbuat Klubunun tam bərpası yolunda ilk addımdır. “Ümid edirik ki, qarşıdakı müddətdə yer ilə bağlı digər təşkilati məsələlər də həll olunacaq”, - o qeyd edib.

Maliyyələşmə ilə bağlı həmkarlarının sualının cavabında A.Əliyev deyib ki, hazırda saytın yaradılması üçün kiçik maliyyə vəsaiti lazım gəlib. O ümidvar olduğunu bildirib ki, Mətbuat Klubunun gələcək fəaliyyəti beynəlxalq və yerli strukturların, KİV-lərin dəstəyi və iştirakı ilə baş verəcək.

Bakı Mətbuat Klubu 1998-ci ildə “Yeni Nəsil” JB, Turan agentliyi, “Zerkalo”, “Xalq”, “525-ci” qəzetlər və ANS TV tərəfindən təsis edilib.

Bir il sonra ANS, onun ardınca isə hökumətyönlü “Xalq” qəzeti təsisçilərin tərkibindən çıxıblar.

Bir neçə il sonra Mətbuat Klubu maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırmalı olub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  4 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ibr25a

Ən çox baxılan