Qatarda özünü pis hiss edən Əhməd Babayevin həyatını xilas etmək mümkün olmayıb
Bakı Dövlət Universitetinin (BDU) müəllimi Əhməd Babayev metroda vəfat edib. BDU-dan Meydan TV-yə bildiriblər ki, hadisə dekabrın 9-da, səhər saat 9 radələrində baş verib. Müəllim qatarda özünü pis hiss edib, onu platformaya çıxarıblar. Təcili yardım çağırılsa da, həyatın xilas etmək mümkün olmayıb. Onun ürəktutmasından öldüyü güman edilir.
Əhməd Babayev BDU-nun Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi idi. 72 yaşlı dosent Əhməd Babayev 1978-ci ildən bu universitetdə çalışırdı.