Bakı Dəmiryolu Vağzalında ”bomba” həyəcanı yaşanıb

Daxili İşlər Nazirliyinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinə anonim zəng daxil olub. Bakı Dəmiryolu Vağzalının ərazisində yerləşən kafelərin birində partlayıcı qurğu olduğu bildirilib. Fövqəladə Hallar

Nazirliyinin əməkdaşları mühafizə qurğularının axtarışı zamanı binada bomba olmadığını aşkarlayıb.

Bu barədə Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova Meydan TV-yə məlumat verib.

Axtarış zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin, “ASAN Xidmət”in işçiləri və vətəndaşlar binadan təxliyyə olunub. Vağzalda bütün reyslər təxirə salınıb. Bakı-Sumqayıt qatarı vaxtında yola düşməyib.

Mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova saat 16:00-da vağzalın fəaliyyətinin bərpa olunduğunu deyib.

Ana səhifəVideoBakı Dəmiryolu Vağzalında ”bomba” həyəcanı yaşanıb