“Dedilər ki, yazdıqlarından qızışdırıcılıq üçün istifadə edənlər ola bilər”
Mayın 19-da tanınmış köşə yazarı Zamin Hacı Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Səbəb Zamin Hacının Facebook səhifəsində “Yanğın qablaşdırmasından çıxın. Sizi öz həyatınızı xilas eləməyə – binalarınızı üzlədikləri yanar konstruksiyaları sökməyə çağırıram. Bu, mitinq-filan deyil, heç Qarabağ da deyil. Birbaşa öz uşaqlarınızın həyatıdır. Sökün, xilas olun. Nə qədər gec deyil” statusudur.
Bu barədə Meydan TV-yə danışan Zamin Hacı deyib ki, ona şifahi xəbərdarlıq ediblər: “Səbəb Facebook-dakı statusumdur. İdarədə dindirmə yox, söhbət oldu, kifayət qədər normal yanaşdılar. Mənimlə general-mayor Elxan Seyidov söhbət etdi. Mən “qanunu pozmuşammı” sualını verdim. Cavab verdilər ki, mənəvi qanunlar, mentalitet deyə bir şey var, bundan da qızışdırıcılıq üçün istifadə edənlər ola bilər. Bir sözlə, ümumi söhbət oldu”.