“UEFA prezidenti Michel Platini-nin zərfdən Bakının adını çıxarması mərasimdə iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən sevinclə qarşılanıb”
Sentyabrın 19-da UEFA İcraiyyə Komitəsi 2020-ci ildə futbol üzrə Avropa Çempionatı final oyunlarının keçiriləcəyi 13 şəhərin adını açıqlayıb.
BBC-Azərbaycan xəbər verir ki, yeni formata uyğun olaraq, təkbaşına belə böyük turniri keçirmək imkanı əldə edə bilməyəcək ölkələr də Avropa Çempionatının bəzi oyunlarına ev sahibliyi etmək şansı əldə edib.
BBC-Azərbaycan bu şəhərlər arasında Azərbaycan paytaxtı Bakının da adının olduğunu bildirir. Məlumata görə, UEFA prezidenti Michel Platininin zərfdən Bakının adını çıxarması mərasimdə iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən sevinclə qarşılanıb.
“AÇ-nin final və yarım final oyunları Londonda, Wembley Stadionunda keçiriləcək. Dörddəbir final oyunları və üç qrup qarşılaşması Bakı ilə yanaşı, Munich (Almaniya), Roma (İtaliya) və St Petersburg (Rusiya) şəhərlərində keçiriləcək”,-deyə xəbərdə bildirilir.