“Bakcell” və “Nar” qiymətləri qaldırır

Foto: panitanphoto\shutterstock

Hər iki mobil operator zəng və sms tariflərini artırıblar

Azərbaycanın mobil operatorları “Bakcell” və “Nar” zənglərin və sms tariflərinin qiymətlərini qaldırır.

Bu barədə hər iki mobil operatorun rəsmi səhifələrində məlumat verilib.

“Nar” mobil telekommunikasiya şirkətinin yenilənmiş tarif planında ölkədaxili zəngin 1 dəqiqəlik qiyməti belə hesablanacaq:

  • “Full” tarifləri – 16 qəpik
  • “CavanNar” tarifləri – 22 qəpik
  • “Limitsiz” – 16 qəpik
  • “3-ü 1-də” – 18 qəpik
  • “SuperGün”, “SuperGün+”, “SuperGün Maks” – 10 qəpik
  • “Yerlim+” (region) – 16 qəpik
  • “Yerlim+” (Bakı) – 20 qəpik

“Bakcell” də abunəçilərinə qiymətləri artırdığını bildirib.

Şirkət abunəçilərinə yeni qiymət tarifini təqdim edib:

“ƏlaSAAT” tarifi üzrə şəbəkədaxili zənglər üçün 0.14 AZN/SAAT, şəbəkəxarici zənglər üçün isə 0.15 AZN/dəq. xidmət haqqı tutulacaq.

“İLK” tarifi üzrə ölkədaxili zənglərin dəqiqəsi üçün 0.12 AZN xidmət haqqı tutulacaq.

“STAR” tarifi üzrə aylıq abunə haqqı ödənildiyi təqdirdə, ölkədaxili zənglərin dəqiqəsi üçün 0.08 AZN xidmət haqqı tutulacaq.

“STAR” tarifi üzrə aylıq abunə haqqı ödənilmədiyi təqdirdə, ölkədaxili zənglərin dəqiqəsi üçün 0.16 AZN xidmət haqqı tutulacaq.

“CIN 1” tarifi üzrə ölkədaxili zənglərin dəqiqəsi üçün 0.14 AZN xidmət haqqı tutulacaq.

“GəlirliCIN” tarifi üzrə ölkədaxili zənglərin dəqiqəsi üçün 0.14 AZN xidmət haqqı tutulacaq.

“KLASS” tarifi üzrə aylıq abunə haqqı ödənildiyi təqdirdə, ölkədaxili zənglərin dəqiqəsi üçün 0.10 AZN xidmət haqqı tutulacaq.

“KLASS” tarifi üzrə aylıq abunə haqqı ödənilmədiyi təqdirdə, ölkədaxili zənglərin dəqiqəsi üçün 0.16 AZN xidmət haqqı tutulacaq.

“SevimliCIN” tarifi üzrə şəbəkəxarici zənglərin dəqiqəsi üçün 0.15 AZN xidmət haqqı tutulacaq.

Həmin tarif üzrə “Sevimli nömrə”yə zənglərin dəqiqəsi üçün 0.05 AZN xidmət haqqı tutulacaq.

“GÜNBOYU 0” tarifi üzrə trafikin həcmi bitdikdən sonra şəbəkəxarici zənglərin dəqiqəsi üçün 0.15 AZN xidmət haqqı tutulacaq.
“DaimOnline” tarifləri üzrə aylıq abunə haqqı ödənilmədiyi təqdirdə, ölkədaxili zənglərin dəqiqəsi üçün 0.20 AZN xidmət haqqı tutulacaq.

“Birinci” tarifi üzrə aylıq abunə haqqı ödənilmədiyi təqdirdə, ölkədaxili zənglərin dəqiqəsi üçün 0.16 AZN xidmət haqqı tutulacaq.

“TravelSim” tarifi üzrə aylıq abunə haqqı ödənilmədiyi təqdirdə, ölkədaxili zənglərin dəqiqəsi üçün 0.20 AZN xidmət haqqı tutulacaq.

“Bakcell Family” tarifi üzrə aylıq abunə haqqı ödənilmədiyi təqdirdə, ölkədaxili zənglərin dəqiqəsi üçün 0.06 AZN xidmət haqqı tutulacaq.

Hər iki mobil operator ölkədaxili 1 SMS-in qiymətini də artıraraq 19 qəpik edib.

Hazırda 1 SMS-in qiyməti 9-14 qəpikdir.

Yeni qiymətlər 2025-ci il fevralın 18-dən qüvvəyə minir.

Azərbaycanda 3 mobil rabitə operatoru “Azercell”, “Bakcell” və “Nar” fəaliyyət göstərir.

Mütəxəssislər hesab edirlər ki, Azərbaycanda mobil rabitə, ümumiyyətlə, İKT sektorunda inhisarçılıq və monopoliya var. Digər ölkələrdə fəaliyyət göstərən “Vodafone”, “Orange”, “T-Mobile”, “MTS”, “Beeline” və s. xarici mobil operatorlar Azərbaycan bazarına buraxılmır.

Ana səhifəXəbərlər“Bakcell” və “Nar” qiymətləri qaldırır