Bahar Muradova: “Məsələni gərginləşdirən açıqlamalara lüzum görmürəm”

“Dini inancından, etnik mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlardan Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərmək tələb olunur”

Source:

“Dini inancından, etnik mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlardan Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərmək tələb olunur”

“Nardaran hadisələri ilə bağlı məsələləri gərginləşdirən açıqlamalara lüzum görmürəm. Hüquqa zidd hərəkətlər baş verib, hüquq-mühafizə orqanları da bu hadisələri araşdırır”.

APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

B. Muradova bildirib ki, hüquq-mühafizə orqanları hadisəyə hüquqi qiymət verəcək: “Dini inancından, etnik mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlardan Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərmək tələb olunur. Dini inanc insanın özünə məxsusdur, mədəniyyətimizin, dünya görüşümüzün bir hissəsidir, amma tam həyatımız demək deyil.

Hər bir insan dünyəvi ölkənin vətəndaşı olduğunu unutmamalı, həyatını dini inancı ilə birlikdə milli adət-ənənələrimizə, qanunlarımıza uyğun qurmağı bacarmalıdır”.

Ana səhifəXəbərlərBahar Muradova: “Məsələni gərginləşdirən açıqlamalara lüzum görmürəm”