Bahar Muradova: Heydər Əliyevi anlamayan insanlar bədbəxt adamlardır

Milli Məclisdə keçmiş prezidentin 95 illiyinə həsr olunmuş xüsusi iclas keçirilib

Source:
Milli Məclis
Milli Məclis


Milli Məclisdə keçmiş prezidentin 95 illiyinə həsr olunmuş xüsusi iclas keçirilib

“SSRİ-də ən geridə qalmış ölkə olan Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə inkişaf edib. Heydər Əliyevin sayəsində Azərbaycan dili dövlət kimi Konstitusiyada əksini tapıb. SSRİ-nin müxtəlif şəhərlərinə gənclərimiz ali təhsil almağa göndərilib. Heydər Əliyev SSRİ Nazirlər Kabinetində çalışarkən də Azərbaycan üçün çox şey edib. 1987-ci ilin oktyabrında Heydər Əliyev SSRİ-də hakimiyyətdən uzaqlaşdırılandan sonra isə Azərbaycanın faciələri başladı”.

Bunu Milli Məclisdə mərhum prezident Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasda məruzə ilə çıxış edən spiker Oqtay Əsədov deyib.

Spiker qeyd edib ki, ötən əsrin 90-cı illərində Azərbaycanın ikinci dəfə əldə etdiyi müstəqilliyi qorumaq məhz Heydər Əliyevin sayəsində mümkün olub.

Heydər Əliyev kimi şəxsiyyətlərin yalnız doğum günü olur

“Gələcəkdə də ola bilər ki, Azərbaycana Əliyev soyadında adam rəhbərlik etməsin. Amma Heydər Əliyevin siyasi kursu hər zaman yaşayacaq”.

Bunu isə iclasda çıxış edən depuat Zahid Oruc deyib. O qeyd edib ki, Heydər Əliyev kimi şəxsiyyətlərin yalnız doğum günü var, çünki belə şəxslər ölmür. O, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə Heydər Əliyevin 95 illik yubileyinin bir-birinə bağlı olduğunu deyib. Deputat fikrini belə izah edib: “Əgər ulu öndər Azərbaycanı xilas etməsəydi, bu gün AXC-nin 100 illiyindən danışa bilməzdik”.

Zahid Oruc və Oqtay Əsədov
Zahid Oruc və Oqtay Əsədov

Z. Oruc qeyd edib ki, Heydər Əliyevə xəyanət edənlər uğur qazan bilmədi:

“Ümummilli liderin yolu nə vaxt qırıldısa, Azərbaycan bunda əziyyət çəkdi. Bu, ulu öndərin hakimiyyədən gedişi və yenidən qayıdışı dövrünə təsadüf edir”.

O, çox ədalətli insan idi

“Heydər Əliyevi ağırıdan məsələ onun çörək verdiyi insanların sonradan xəyanət etməsi oldu”- bunu isə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. Deputat Heydər Əliyevi “çox ədalətli insan” adlandırıb:

Siyavuş Novruzov
Siyavuş Novruzov

“Onun əsas prinsipi sosial ədalət idi. Həmin prinsip əsasında da fəaliyyət göstərirdi. Vaxtilə Heydər Əliyevə qarşı Moskvada, Azərbaycanda yaşayanlar tərəfindən ədalətsizliklər olurdu, amma bütün bunlara baxmayaraq, hər kəsə ədalətlə yanaşır, olanları bağışlayırdı. Heydər Əliyev isə ədalətsizliyə qarşı mübarizə aparırdı. O, mübariz idi. Amma Ümummilli lider Heydər Əliyevi ağrıdan məsələ onun çörək verdiyi insanların sonradan xəyanət etməsi oldu. Onun vaxtilə çörək verdikləri bu Milli Məclisdə onun üzünə durmuşdu”.

Rayonların birinə Heydər Əliyevin adı verilsin

Deputat Aydın Hüseynov Azərbaycanda rayonların birinə Heydər Əliyevin adının verilməsi ilə bağlı təklifini növbəti dəfə səsləndirib:

“Heydər Əliyevin Azərbaycan üçün xidmətləri misilsizdir. Ona görə də təklif edirəm ki, Azərbaycanda rayonların birinə Heydər Əliyevin adı verilsin”.

Nədən çəkindiniz, sosial şəbəkələrdənmi?

Milli Məclisin sədr müavini Bahar Muradova Heydər Əliyevdən danışmayan deputatlara irad tutub. O bildirib ki, Heydər Əliyev sağlığında yalnız öyünmür, həm də tənqid olunurdu:

“Ulu öndərin ünvanına kəskin şəkildə tənqid irəli sürənlər var idi. Bu gün bu salonda əyləşən həmkarlarımızdan bəziləri də vaxtilə ümummilli lideri tənqid ediblər. Lakin illər keçdikcə onlar ulu öndər irsini anlamağa başladılar. Bunun özü böyük irəliləyişdir. Zamanında Heydər Əliyevi özünə qarşı görənlər bu gün onun Azərbaycanı inkişafa aparan güc olduğunu dərk edirlər. Onun liderliyi, tam şəxsiyyət olması da bundadır”.

Bahar Muradova foto: Azərtac
Bahar Muradova foto: Azərtac

Vitse-spiker bildirib ki, amma nədənsə bu gün həmin insanlar burada çıxış etmirlər:

“Nədən çəkindiniz, sosial şəbəkələrdənmi? Yalnız böyük şəxsiyyətlər ədalətli ola bilirlər. Heydər Əliyevin böyük ruhu bütün xəyanətlərin qarşısında böyük görünür. Heydər Əliyevi anlamayan insanlar bədbəxt adamlardır. Nə qədər Azərbaycan var, ulu öndər onu sevələrin ürəyində yaşayacaq. Bir sözlə, onun dövlətə xalqa, millətə fayda gətirən ideyalardan doğan şəfəqlər ulu öndəri sevənlərin qəlbinə işıq saçacaq, ümummilli lideri sevməyənlərin isə gözünü qamaşdıracaq”.

İclasın sonunda Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Ana səhifəXəbərlərBahar Muradova: Heydər Əliyevi anlamayan insanlar bədbəxt adamlardır