Bahar Muradova dövlət komitəsinin sədri oldu

Komitənin 2020-ci ilə qədər sədri Hisran Hüseynova idi.

Source:

Prezident İlham Əliyevin martın 12-də imzaladığı sərəncama əsasən Milli Məclisin sabiq sədr müavini

Bahar Muradova

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

YAP Qadınlar Şurasının sədr müavini Bahar Muradova 2000-ci ildə ilk dəfə deputat seçilib.

Bundan sonra 2005, 2010 və 2015-ci il çağırış Milli Məclisində vitse-spiker olub.

Bahar Muradova həmçinin ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri idi.

Bahar Muradova 1962-ci ildə Füzuli şəhərində anadan olub.

Komitənin 2020-ci ilə qədər sədri Hisran Hüseynova idi. Növbədənkənar parlament seçkilərində Hicran Hüseynova deputat seçildikdən sonra, prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edildi.

Ana səhifəSiyasətBahar Muradova dövlət komitəsinin sədri oldu