Bağlanan bankların əmanətçilərinə 45 mln manat kompensasiya verilib

”Parabank”ın əmanətçilərinə16.9 mln, ”Zaminbank”ın əmanətçilərinə 20.7 mln, ”Kredobank”-ın əmanətçilərinə 5.2 mln, ”Dekabank”-ın əmanətçilərinə isə 2.2 mln manatdan artıq kompensasiya ödənilib

Source:


”Parabank”ın əmanətçilərinə16.9 mln, ”Zaminbank”ın əmanətçilərinə 20.7 mln, ”Kredobank”-ın əmanətçilərinə 5.2 mln, ”Dekabank”-ın əmanətçilərinə isə 2.2 mln manatdan artıq kompensasiya ödənilib

Avqustun 18-nə olan məlumata görə, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) “Parabank” ASC, “Zaminban” ASC, “Kredobank” ASC və Dekabank” ASC-yə əmanətlərin qaytarılması üçün 45 mln manatdan artıq kompensasiya ödəyib. Bu haqda Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Məlumatda deyilir ki, avqustun 1-dən etibarən “Parabank”ın əmanətçilərinə16.9 mln, “Zaminbank”ın əmanətçilərinə 20.7 mln, “Kredobank”-ın əmanətçilərinə 5.2 mln, “Dekabank”-ın əmanətçilərinə isə 2.2 mln manatdan artıq kompensasiya ödənilib.

Fond bəyan edib ki, 2 mart 2016-cı il tarixdən əvvəl illik 12 %-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.

Ana səhifəXəbərlərBağlanan bankların əmanətçilərinə 45 mln manat kompensasiya verilib