Ən çox kompensasiya “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə verilib: 119 mln 604 min manat
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (AƏSF) fəaliyyətini dayandıran 9 bank üzrə 226 mln 43 min manatdan artıq kompensasiya ödəyib.
Fondun məlumatına görə, avqustun 1-dən 31-dək “Parabank” ASC-nin qorunan əmanətçilərinə 21 mln 181 min, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 37 mln 112 min, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 11 mln 948 min, “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln 659 min manatdan artıq kompensasiya ödənilib.
4 bank üzrə ümumilikdə 72 mln 902 min manatdan artıq kompensasiya ödənilib.
Avqustun 30- da “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 7 mln 350 min , “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln 231 min manatdan artıq kompensasiya ödənilib.
İki bank üzrə ümumilikdə 8 mln 581 min manatdan artıq kompensasiya ödənilib.
Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə 24 mln, 61 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895 min 554 , “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 119 mln 604 min manatdan artıq kompensasiya ödənilib.
Üç bank üzrə 144 milyon 560 min manatdan artıq kompensasiya ödənilib.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə yanvarın 18-də “Bank of Azerbaijan” ASC-nin , yanvarın 22-də “Gəncəbank” ASC-nin, fevranlı 2-də isə “Teknikabank” ASC-nin bank lisenziyası ləğv edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.
Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 16 avqust tarixli Qərardadı ilə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC müflis elan olunub.
Bağlanan bankların qorunan əmanətçilərinə kompensasiya ödənişini AƏSF həyata keçirir.