Bağlanan banklara 5 mln manat kompensasiya ödənilib

”Dekabank”, ”Kredobank” və ”Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, ”Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər

Source:


”Dekabank”, ”Kredobank” və ”Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, ”Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) “Parabank”, “Zaminbank”, “Kredobank”, “Dekabank”a 4 959 842 manat ödəniş edib. “Report” ADİF-ə istinadən yazır ki, “Parabank”ın əmanətçilərinə 2 273 767 manat, “Zaminbank”ın əmanətçilərinə 1 847 792 manat, “Kredobank”ın əmanətçilərinə 397 928 manat, “Dekabank”ın əmanətçilərinə isə 440 355 manat kompensasiya ödənilib.

Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib. Qərarda bildirilirdi ki, sözügedən baklar Əmanətlərin Sığortalanması Fonduna üzv olduğundan əhalinin bu banklarda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək.

Ana səhifəXəbərlərBağlanan banklara 5 mln manat kompensasiya ödənilib