Bağlanan banklara 31 mln manat ayrılıb

”Parabank”ın əmanətçilərinə 12.2 mln, ”Zaminbank”ın əmanətçilərinə 13.8 mln, ”Kredobank”ın əmanətçilərinə 3.4 mln, ”Dekabank”ın əmanətçilərinə isə 1.6 mln manatdan artıq kompensasiya ödənilib

Source:


”Parabank”ın əmanətçilərinə 12.2 mln, ”Zaminbank”ın əmanətçilərinə 13.8 mln, ”Kredobank”ın əmanətçilərinə 3.4 mln, ”Dekabank”ın əmanətçilərinə isə 1.6 mln manatdan artıq kompensasiya ödənilib

Avqustun 10-a olan məlumata görə,Əmanətlərin Sığortalanması Fondu (ƏSF) “Parabank” ASC, “Zaminbank” ASC, “Kredobank” ASC və Dekabank” ASC-yə əmanətlərin qaytarılması üçün 31mlnmanat kompensasiya ödəyib. Bu haqda Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Məlumatda deyilir ki, “Parabank”ın əmanətçilərinə 12.2 mln, “Zaminbank”ın əmanətçilərinə 13.8 mln, “Kredobank”ın əmanətçilərinə 3.4 mln, “Dekabank”ın əmanətçilərinə isə 1.6 mln manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə, 4 bank üzrə 31mln manatdan artıq kompensasiya ödənilib.

Fond bəyan edib ki, 2 mart 2016-cı il tarixdən əvvəl illik 12 %-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.

Fondun avqustun 9-a olan məlumatında deyilirdi ki, sözügedən banklara 25.3 mlnmanat kompensasiya ödənilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank”ASC, “Kredobank”ASC, “Parabank”ASC və “Zaminbank”ASC-nin bank lisenziyaları ləğv edilib.

Ana səhifəXəbərlərBağlanan banklara 31 mln manat ayrılıb