”Parabank”ın əmanətçilərinə 10.6 mln, ”Zaminbank”ın əmanətçilərinə 10.5 mln, ”Kredobank”-ın əmanətçilərinə 2.7 mln, ”Dekabank”-ın əmanətçilərinə isə 1.5 mln manatdan artıq kompensasiya ödənilib
Avqustun 9-də Əmanətlərin Sığortalanması Fondu (ƏSF) “Parabank” ASC, “Zaminbank” ASC, “Kredobank” ASC və Dekabank” ASC-yə əmanətlərin qaytarılması üçün 25.3mlnmanat kompensasiya ödəyib. Bu haqda Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Məlumatda deyilir ki, “Parabank”ın əmanətçilərinə 10.6 mln, “Zaminbank”ın əmanətçilərinə 10.5 mln, “Kredobank”-ın əmanətçilərinə 2.7 mln, “Dekabank”-ın əmanətçilərinə isə 1.5 mln manatdan artıq kompensasiya ödənilib.
Ümumilikdə, 4 bank üzrə 25.3mln manatdan artıq kompensasiya ödənilib.
Fond bəyan edib ki, 2 mart 2016-cı il tarixdən əvvəl illik 12 %-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.
Fondun avqustun 4-ə olan məlumatında deyilirdi ki, sözügedən banklara 10 mln manat kompensasiya ödənilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank”ASC, “Kredobank”ASC, “Parabank”ASC və “Zaminbank”ASC-nin bank lisenziyaları ləğv edilib.