Bağlanan banklara 10 milyon manat ayrıldı

Fondun avqustun 1-ə olan məlumatında deyilirdi ki, sözügedən banklara 5 milyon manat kompensasiya ödənilib

Source:


Fondun avqustun 1-ə olan məlumatında deyilirdi ki, sözügedən banklara 5 milyon manat kompensasiya ödənilib

“Parabank”ın əmanətçilərinə 4 248 753, “Zaminbank”ın əmanətçilərinə 3 862 356 manat, “Kredobank”-ın əmanətçilərinə 1 047 294 manat, “Dekabank”-ın əmanətçilərinə isə 763 466 manatdan artıq kompensasiya ödənilib

Avqustun 2-də Əmanətlərin Sığortalanması Fondu (ƏSF) “Parabank” ASC, “Zaminbank” ASC, “Kredobank” ASC və Dekabank” ASC-yə əmanətlərin qaytarılması üçün 10 milyon manat kompensasiya ödəyib. Bu haqda Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Məlumatda deyilir ki, “Parabank”ın əmanətçilərinə 4 248 753, “Zaminbank”ın əmanətçilərinə 3 862 356 manat, “Kredobank”-ın əmanətçilərinə 1 047 294 manat, “Dekabank”-ın əmanətçilərinə isə 763 466 manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə, 4 bank üzrə 9 921 869 manatdan artıq kompensasiya ödənilib.

Fond bəyan edib ki, 2 mart 2016-cı il tarixdən əvvəl illik 12 %-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.

Fondun avqustun 1-ə olan məlumatında deyilirdi ki, sözügedən banklara 5 milyon manat kompensasiya ödənilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.

Ana səhifəXəbərlərBağlanan banklara 10 milyon manat ayrıldı