Bağçada uşaqların döyülməsi ilə bağlı daha bir məhkəmə prosesi başlayacaq

Başça müdiri məhkəmə qarşısına çıxacaq

Source:


Başça müdiri məhkəmə qarşısına çıxacaq

Bakıdakı “Kids studio” bağçasında uşaqların döyülməsi ilə bağlı daha bir məhkəmə prosesi olacaq.

“Report” xəbər verir ki, hakim qarşısına bağçanın müdiri Nigar Müseyibova çıxacaq.

Ona qarşı Cinayət Məcəlləsinin (CM) 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi valideyinlərin şikayəti əsasında başlanılıb. İş üzrə 3 nəfər şəxs zərərçəkmiş qismində tanınır.

Cinayət işini Yasamal Rayon Prokurorluğu araşdırıb və baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hüseyn Səfərovun icraatına verilib.

Məhkəmənin vaxtı isə hələlik açıqlanmayıb.

Oktyabrın 3-də başçada tərbiyəçi işləyəm

Firuzə Tağıyeva

məhkəmə qarşısına çıxmışdı.

Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 133.2.1-ci (işgəncə vermə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (işgəncə vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham elan edilib.

Ona bir il sınaq müddəti təyin olunmaqla, barəsində şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, bu il iyunun əvvəllərində Yasamal rayonunda yerləşən “Kids Studio Uşaq Mərkəzi”nin bağçasında uşaqlar tərbiyəçi tərəfindən zorakılığa məruz qalıb.

Bu barədə videogörüntülər sosial şəbəkədə yayılandan sonra cinayət işi açılıb.

Ana səhifəXəbərlərBağçada uşaqların döyülməsi ilə bağlı daha bir məhkəmə prosesi başlayacaq