”Bağçada məndən qanunsuz pul tələb edirlər”

Valideyn 336 saylı bağçadan şikayətçidir

Source:


Valideyn 336 saylı bağçadan şikayətçidir

“Zülm-müsibətlə atasız iki uşaq böyüdürəm. Həyat yoldaşımdan bir neçə il öncə boşanmışam. İki ildir ki, işsizəm. Oğlum Müzəffəri 2 yaşı olanda uşaq bağçasına qoydum. Dövlət bağçası olduğu halda, hər ay valideynlərdən 5 manat pul yığılırdı. İndi isə bu qiyməti 10 manata qaldırıblar. Üstəlik, uşağımı artıq 5 yaşı olmasına baxmayaraq, böyük qrupa da köçürmürlər”.

Kürdəxanı qəsəbəsindəki yeni yaşayış massivinin sakini Lalə Rəhimova belə deyir. O, həmin ərazidə yerləşən 336 saylı uşaq bağçasında üzləşdiyi problemdən danışır. Ana iddia edir ki, bağçanın müdiri İradə Əhmədova tərbiyəçiləri valideynlərdən qanunsuz pul yığmağa məcbur edir:

“Əslində, dövlətin bağçasıdır, hansı ixtiyarla pul yığırlar, anlamıram. Düz iki dəfə müdirə yaxınlaşıb, maddi durumumun yaxşı olmadığına görə pulu ödəyə bilməyəcəyimi demişəm. Bəlkə də kimin üçünsə 10 manat böyük məbləğ deyil, amma mən dolana bilmirəm. Vallah, çatdırıb, 10 manatı verə bilmirəm. Mənim üçün 1manat da puldur, çünki işləmirəm”.

Lalə Rəhimova müəyyən edilmiş məbləği ödəməkdən imtina edənlərin övladlarına qarşı ayrı-seçkilik qoyulduğunu deyir:

“Hazırda oğlumun 5 yaşı var. Artıq 3 ildir ki, həmin bağçaya gedir. Uşağım nə nağıl bilir, nə də ki, şeir. Rəngləri belə tanımır. Yalandan deyirlər ki, kiçik qrupdur, nəyi isə öyrətmək tezdir”.

Şikayətçi söyləyir ki, uşaqlarını uzun müddətə tək qoya bilmədiyi üçün işə də düzələ bimir:

“Qızım Fatimə orta məktəbə gedir, 11 yaşı var. Hər iki övladım azyaşlıdır. Özüm isə saç ustasıyam. Hansı gözəllik salonuna müraciət etsəm, iş saat axşam 20:00-a kimidir. Bəzən müştəri olur, iş saatı xeyli yubanır. Uzun müddətə də uşaqları tək qoya bimərəm. Çarəsiz qalmışam, nə edəcəyimi bimirəm. Əvvələr atam-anam vardı, çətinlik çəkmirdim. Valideynlərim uşaqlarımı birtəhər dolandırırdı. Üstəlik, mən də işləyirdim. Amma indi çox çətin vəziyyətdəyəm. Ev şəraitim də pis gündədir. Yaşamaq çox çətindir, qeyri-mümkündür”.

Lalə Rəhimova
Lalə Rəhimova

Lalə Rəhimova bağça müdirinin qanunsuz tələbinin, bağçadakı şəraitin teziklə düzəlməyini istəyir.

Məsələ ilə bağlı 336 saylı bağçanın müdiri ilə əlaqə saxlamağa çalışdıq. Gün ərzində dəfələrlə bağçaya zəng vursaq da, müdiri iş yerində tapa bimədik.

Meydan TV-yə özünü Nisə xanım kimi təqdim edən bağçanın təsərrüfat müdiri “pul yığmaq” məsələsini nə inkar, nə də ki, təsdiq etdi. “Bu məsələlərə İradə Əhmədova özü baxır. Onun da işdə nə vaxt olacağı bəlli deyi. Çox vaxt iclaslarda olur” , – deyə təsərrüfat müdiri bidirdi.

Bakı şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən Meydan TV-yə bildirdilər ki, zərəçəkən valideyn yazılı şəkildə müraciət etdikdən sonra məsələ ilə bağlı tədbir görüləcək:

“Dövət bağçalarının heç birində ödəniş yoxdur” – deyə idarədən bildirdilər. Əlavə etdilər ki, valideyn həmçinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə

Baş İdarəsinə də müraciət edə bilər.

“Məktəbəqədər təhsil haqqında” qanuna görə, dövlət məktəbəqədər təhsil müəssisəsinə yerli icra hakimiyyəti orqanının təyin etdiyi şəxs rəhbərlik edir. Dövlət məktəbəqədər təhsil müəssisələrini tədris vəsaitləri, bədii və metodik ədəbiyyatlarla təmin etmək, bu müəssisələrdə təlim-tərbiyə prosesini və idarəetməni təkmilləşdirmək, ixtisaslı pedaqoji kadrlarla, informasiya-kommunikasiya texnologiyaları və digər zəruri vasitələrlə təmin etmək də yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərindədir.

Ana səhifəReportaj”Bağçada məndən qanunsuz pul tələb edirlər”