''Bağça tərbiyəçisinin harada hazırlanması çox önəmlidir''

Fazil Mustafa

Fazil Mustafa

Fazil Mustafa: ''Özünün normal ailə düzəni olmayan insanın bağça, məktəb rəhbərliyinə gətirilməsi yolverilməzdir''

"Bu hadisə İsraildə, Fransada və s. ölkələrdə olsaydı cəmiyyət yerindən titrəyərdi. Ancaq bizdə rəsmi şəkildə hələ bir açıqlama verilməyib. Bəlkə bu təxribatdır, Azərbaycanda baş verməyib?"

Bunu deputat Fazil Mustafa Milli Məclisdə uşaq bağçasında tərbiyəçinin uşağa zor təbiq etıməsi ilə bağlı yayılan videoya münasibət bildirərkən deyib. O bildirib ki, tərbiyəçinin etdiyi hərəkətlər qətiyyən yolverilməzdir.

"Özünün normal ailə düzəni olmayan insanın bağça, məktəb rəhbərliyinə gətirilməsi yolverilməzdir. Özü-özünü tərbiyə edə bilməyənə o boyda təhsil müəssisəsini necə həvalə etmək olar? Azərbaycanda onlarla belə nümunə var. Axı, o uşaqlar bizim gələcəyimizdir. Təhsil müəssisələrinə götürülən insanların psixoloji hazırlığı məsələsinə baxılmalıdır. Bağçada tərbiyəçi olan adamın harada hazırlanması çox önəmlidir. Yaponiyada bütün uşaq bağçalarındakı müəllimlər kişilərdir. Qadınlar məktəb və bağçalara işə götürülmür. Mən bilmirəm ki, bunun səbəbi nədir. Yəqin ki, onlar ciddi bir araşdırma apardıqdan sonra belə bir qərara gəliblər ki, bağça tərbiyəsi məhz kişilərə həvalə olunmalıdır. Bəlkə biz də bu istiqamətdə sosioloji araşdırmalar aparaq, işlər görək?"

Spiker Oqtay Əsədov isə deyib ki, məktəbəqədər təhsillə bağlı texniki peşə məktəbləri, o cümlədən ali məktəblərdə fakültələr var. “Amma bu məsələ bir qədər fərqlidir və bununla bağlı araşdırma gedir”.

İyunun 11-də Bakıdakı özəl “Kids studio” adlı bağçadan videogörüntülər yayılıb. Ayrı-ayrı vaxtları əhatə edən kamera görüntülərindən tərbiyəçinin uşaqlarla kobud rəftarı görünür. Tərbiyəçi uşaqları çimdikləyir, sıxışdırır, silkələyir, divara çırpır, vurur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/uz1c9h

Ən çox baxılan