Badamdarda sürüşmə fərdi tikililərə tərəf gedir

Badamdarda evlər

Badamdarda evlər

“Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib”

Badamdarda sürüşmə ilə əlaqədar vəziyyət oktyabrın 18-də daha da gərginləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahdan “Report”a verilən məlumata görə sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur ki, bunun nəticəsində də sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir. 

“Sürüşmənin sol hissəsindəki torpaq qatında yeni müxtəlif istiqamətli çatlar əmələ gəlib”.

Gün ərzində sürüşmə sahəsinin sol hissəsindəki çatlarda müəyyən artım olduğu müşahidə edilib, istinad divarının solunda yeni qövsvari çatlar əmələ gəlib.

“Uçqun divarının yanındakı evin hasarında cüzi deformasiya müşahidə olunub. Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib”.

Ərazidə sürüşmə oktyabrın əvvələrindən başlayıb. Proseslə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən operativ qərargah yaradılıb. Hadisə yerində olan Baş nazirin müavini, Bakının keçmiş meri Hacıbala Abutalıbov vəziyyətin təhlükəli olduğunu bəyan edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ndi658

Ən çox baxılan