Bu gün, sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində Çexiyanın Karlova Universitetinin doktorantı, dövlətə xəyanət ittihamı ilə 15 il azadlıqdan məhrum edilmiş Bəhruz Səmədovun həbs qərarından verilmiş şikayətə baxılıb.
Məhkəməyə Elmar Rəhimov sədrlik edib.
Hakim qərarı qüvvədə saxlayıb.
Bəhruz Səmədov etiraz olaraq sabahdan aclığa başlayacağını bildirib.
Bəhruz Səmədov Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.
O, 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Bəhruz Səmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
O, ittihamı qəbul etmir, özünü təqsirli bilmir.
İyunun 23-də onun haqqında 15 il azadlıqdan məhrum etmə qərarı çıxarılıb.