Buna qədər o, Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi vəzifəsində çalışıb
Prezident İlham Əliyevin sərəncamı ilə Bəhruz Əhmədov Azərbaycanın Hərbi prokuroru təyin edilib.
O, 4 iyul 1984-cü ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib. 2018-ci ildə Qazax Hərbi Prokuroru vəzifəsinə təyin olunub.
Buna qədər B.Əhmədov Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi olub. Ədliyyə polkovnikidir.
O, 2021-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Bundan əvvəl Xanlar Vəliyev uzun müddət həmin vəzifədə idi. Xanlar Vəliyev səlahiyyət müddəti başa çatdığı üçün aprelin 8-də təqaüdə göndərilmişdi. Aprelin 11-də o, Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.