Azyaşlıyla evlənən bəy həbs edilib

Qızın anasından izahat alınıb

Source:


Qızın anasından izahat alınıb

Bakıda 14 yaşında evləndirilən qızın hamilə olduğu məlum olub. “Bəy”-in həbs edildiyi deyilir.

Bir neçə gün öncə Lerik sakini Mirtəmən Sadıqov Bakıda yetkinlik yaşına çatmamış qızının anası tərəfindən ərə verilməsi ilə bağlı video müraciət yaymışdı. Müraciətdən sonra Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən araşdırmaya başlanıb. Araşdırma zamanı qızın 2 aylıq hamilə olduğu məlum olub. Qızın nişanlısı A.H. saxlanılıb.

Məlumatı virtualaz.org saytına Xəzər Rayon Polis İdarəsindən

veriblər.

Bildiriblər ki, A. H-a qarşı Cinayət Məcəlləsinin 152.2 maddəsi ilə (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) cinayət işi başlanılıb. İyunun 27-də qızın anasından və Mirtəmən Sadıqovdan izahat alınıb.

Mirtəmən Sadıqov qızın əsl atası olmadığını, onun keçmiş həyat yoldaşının birinci nikahdan olan övladı olduğunu söyləyib:

“6 aylıqdan uşağa özüm baxmışam. Ona adını, soyadını da mən vermişəm. Onu doğma övladlarımdan ayırmamışam”.

Ana səhifəXəbərlərAzyaşlıyla evlənən bəy həbs edilib