Azyaşlının meyiti yanan evdən tapılıb

Yanğında daha bir nəfər xəsarət alıb

Source:


Yanğında daha bir nəfər xəsarət alıb

Binəqədi rayonunda baş vermiş yanğın bir azyaşlının ölümünə səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına

görə

,  Bakı şəhəri, Binəqədi rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 117 m2 olan birmərtəbəli tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 m2 olan bitişik tikili yanıb.

Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Əliyeva Ayan Lətif qızının yanmış meyiti aşkarlanıb. Hadisə zamanı bir nəfər də yanıq xəsarətləri alıb.

Məlumatda bildirilir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Ana səhifəXəbərlərAzyaşlının meyiti yanan evdən tapılıb