Mənbə: Meydan Tv

Azyaşlı uşaqları ilə intihara cəhd edən ana: Canım yorğun düşüb

“Nələrisə yuxu kimi xatırlayıram...”

Bakıda əvvəlcə iki azyaşlı övladını, daha sonra özünü dördüncü mərtəbədən ataraq intihara cəhd göstərən Nigar Cəfərovanın məhkəməsi başlayıb. Övladlarını öldürməyə cəhddə ittiham olunan 1991-ci il təvəllüdlü Nigar Cəfərovaya qarşı Cinayət Məcəlləsinin 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29,120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Mayın 3-də keçirilən məhkəmə iclasında ifadə verən Nigar Cəfərova yaddaş pozuntusundan əziyyət çəkdiyini, hadisəni də xatırlamadığını bildirib. O, həyat yoldaşı ilə münasibətləri, evdəki durum və başqa sualların da əksəriyyətinə “yadımda deyil” cavabını verib. Başının çox ağrımasından əziyyət çəkdiyini deyən Nigar Cəfərova ümumilikdə yorğun olduğunu vurğulayıb: “Canım yorğun düşüb. Nələrisə yuxu kimi xatırlayıram...”

Nigar Cəfərovanın anası Fazilə Manafova bildirib ki, hadisə ərəfəsində qızı özünü yaxşı hiss etmirdi: “Axır vaxtlar halsız olurdu, bütün günü yuxusu gəlirdi. Elə deyirdi ki, “başım ağrıyır, özümü pis hiss eləyirəm”. Həkimə də aparmışdıq, dərmanlar yazmışdı. Yoldaşı aşpaz idi, pandemiyaya görə son vaxtlar işləmirdi. Amma ailədə o dərəcədə problemləri yox idi...”

Nigar Cəfərovanın qaynı Ziya Cəfərov onları xəstəxanaya çatdırıb. O, məhkəmədə şahid kimi dindirilərkən bildirib ki, qardaşının pis vərdişləri olmayıb: “Həmin gün qardaşım zəng eləyib dedi ki, belə bir hadisə olub, tez özünü çatdır. Tez getdim, xəstəxanaya apardım”.

Nigar Cəfərovanın bacısı Rəhilə Manafova da bacısının son vaxtlar əhvalının olmadığını vurğulayıb: “Nə vaxt zəng eləyirdim, deyirdi ki, yatıram, yuxum gəlir...”

Hadisə vaxtı ciddi xəsarətlər alan Nigar Cəfərovanın səhhətində hələ də problemlər qalır. O, məhkəməyə də qoltuq ağacı ilə gəlib.

Məhkəmə prosesi davam edir.

Hadisə 2020-ci il dekabrın 20-də baş verib. Nigar Cəfərova 2017 və 2019-cu il təvəllüdlü uşaqları Hüseyn və Oqtay Cəfərovaları atandan sonra özünü də ataraq, intihara cəhd edib. Xəstəxanada həkimlər onların həyatını xilas edə bilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/w4rriw

Ən çox baxılan