AzTV sədri Qulu Məhərrəmlini həbs etdirmək istəyir

Qulu Məhərrəmli: ”Alışanovun bu niyyəti qanuna, faktlara deyil, hikkəyə, vəzifənin verdiyi üstünlüklərə əsaslanır”

Source:
Qulu Məhərrəmli
Qulu Məhərrəmli
Qulu Məhərrəmli
Qulu Məhərrəmli


Qulu Məhərrəmli: ”Alışanovun bu niyyəti qanuna, faktlara deyil, hikkəyə, vəzifənin verdiyi üstünlüklərə əsaslanır”

AzTV-nin sədri Arif Alışanov telejurnalist, professor Qulu Məhərrəmlini məhkəməyə verib. Nəsimi rayon Məhkəməsinə müraciət edən Arif Alışanov telejurnalistə xüsusi ittiham qaydasında cinayət işinin açılmasını, onun Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Bu maddələrdə azadlıqdan məhrum etmə cəzası da nəzərdə tutulur.

Nəsimi rayon Məhkəməsi faktı təsdiqləyib.

Tərəflər arasında narazılıq Qulu Məhərrəmlinin moderator.az saytına verdiyi müsahibədən sonra yaranıb. Azərbaycanda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədə professorun səsləndirdiyi tənqidi fikirlər AzTV sədri Arif Alışanovu qeyzləndirib.

Bundan sonra telejirnalisti “ifşa” etmək üçün 3 saatlıq videomaterial çəkilib, AzTV və İTV əməkdaşları Qulu Məhərrəmli haqqında tənqidi fikirlər səsləndiriblər. Eləcə də bir sıra qəzet və saytlarda Q.Məhərrəmlinin əleyhinə yazılar dərc olunub. Sonda məsələ məhkəmə müstəvisinə qalxıb.

Məsələ ilə bağlı Meydan TV-yə açıqlama verən Qulu Məhərrəmli AzTV rəhbərinin addımından məlumatlıdır: “Alışanovun bu niyyəti qanuna, faktlara deyil, hikkəyə, vəzifənin verdiyi üstünlüklərə əsaslanır. Onun şikayət ərizəsində məni niyə ittiham etdiyini dəqiq müəyyənləşdirə bilmədim. Məlum müsahibədə mən Azərbaycan televiziyasının tarixini qısaca təhlil etmişəm, bugününə nəzər salmışam, yaxşısı-pisi barədə mülahizələrimi söyləmişəm, təhlükəli saydığım tendensiyaları göstərib bunları doğuran bəzi səbəblər haqqlnda danışmışam . Ölkə prezidenti İlham Əliyevin ictimai nəzarətin bir üsulu kimi tənqidi genişləndirmək barədə çağırışı görünür AzTV-də hələ yaxşı başa düşülmür.

Haqqında söhbət gedən tənqiddən sonra Arif Alışanovun atdığı impulsiv addımlar onun tutduğu vəzifənin məsuliyyətini lazımınca dərk etməməsi ilə bağlıdır”.

Ana səhifəXəbərlərAzTV sədri Qulu Məhərrəmlini həbs etdirmək istəyir