AzTV-nin rəhbərliyində təmsil olunanlar işdən çıxdı

Xatirə Qasımova: “Onların hər üçü öz ərizəsi ilə işdən gediblər”

Source:


Xatirə Qasımova: “Onların hər üçü öz ərizəsi ilə işdən gediblər”

Aprelin 7-də AzTV-nin bədii rəhbəri Etibar Babayev, rejissor Elnur Məmmədov və “Səhər” musiqili informasiya proqramının baş rejissoru Rəsul Ələkbərov işdən kənarlaşdırılıb. Bu barədə məlumatı qurumun keçmiş əməkdaşı, rejissor Kamal Almuradlı öz Facebook səhifəsində yayıb. Onun sözlərinə görə, hadisənin nə üçün baş verdiyi hələlik məlum deyil: “Bu şəxslər televiziyada ən çox maaş alan işçilərdir. Birdən-birə televizyadan bu üç önəmli şəxsin çıxarılması bir daha sübut edir ki Aztv-də ciddi problemlər var. Problemlərin kökündə isə zəif idarəetmə durur. Əgər belə davam edərsə, yaxın zamanda televiziyada ciddi narazılar ordusunun yaranacağı şübhəsizdir. Artıq bunun ilkin fəsadları özünü biruzə verir”.

Kamal Almuradlı bir müddət öncə Aztv-də ciddi ixtisarların olacağını da yazmışdı. Onun sözlərinə görə, yeni təyin olunmuş baş proqram direktoru Elsevər Dünyamalıyev göstəriş verib ki, hər redaksiyadan 50 faiz işçi ixtisar olunsun. Həmçinin yerdə qalan işçilərin maaşlarından 50-80 manat arası pul tutulsun.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Xatirə Qasımlı Meydan TV-yə Kamal Almuradlının fikirlərini şərh etmək istəməyib: “Kamal bizim keçmiş işçi olub və işdən də çıxıb. Onun AzTV ilə bağlı harada nə yazması bizi maraqlandırmır. Adını çəkdiyi adamların heç biri də işdən çıxarılmayıb. Onların hər üçü öz ərizəsi ilə işdən gediblər”.

Ana səhifəXəbərlərAzTV-nin rəhbərliyində təmsil olunanlar işdən çıxdı