”Azsiğorta”nın səviyyəsi ”neqativ” kimi qiymətləndirilib

Proqnozun endirilməsi Azərbaycanın suveren reytinqinin aşağı salınması ilə əlaqədardır

Source:

Proqnozun endirilməsi Azərbaycanın suveren reytinqinin aşağı salınması ilə əlaqədardır

“Fitch” Beynəlxalq Reytinq Agentliyi “AzSığorta” ASC-nin reytinqini “B+” səviyyəsində təsdiq edib. Reytinq üzrə proqnoz “stabil”dən “neqativ”ə endirilib.

Məlumatda qeyd olunub ki, proqnozun endirilməsi Azərbaycanın suveren reytinqinin aşağı salınması ilə əlaqədardır. Reytinqin “B+” səviyyəsində təsdiqi isə şirkətin bazardakı yüksək mövqeyini əks etdirir.

“Marja”nın məlumatına görə, agentlik bildirir ki, 2015-ci ilin sonuna sığorta şirkətinin portfelinin 69 faizi xarici valyutada olduğundan devalvasiya onun gəlirliliyinə müsbət təsir edib. Belə ki, şirkət ötən ili 17 mln. manatlıq mənfəətlə başa vurub.

Agentlik Azərbaycanın sığorta sektorunu təhlil edərək bildirib ki, makro-iqtisadi vəziyyət könüllü sığorta ödənişlərini azaldacaq, idxalın azalması səbəbindən yükdaşımalarında sığorta haqqlarını aşağı salacaq. Belə ki, “Azsığorta” ASC-nin sığorta ödənişlərinin 2010-2014-cü illər arasında 34 faizini idxal malların yükdaşımalarından sığorta ödənişləri təşkil edib.

Agentlik “Azsığorta” ASC-nin investisiyalarının gəlirliliyinin azalması və ya şirkətin bazar payının zəifləməsinin, onun reytinqinin aşağı salınmasına səbəb ola biləcəyini, investisiyalarda risklərin azaldılması və diversifikasiyanın aparılmasının isə reytinq proqnozunu “neqativ”dən “Stabil”ə yüksəlməsinə gətirib çıxaracağını qeyd edib.

Ana səhifəXəbərlər”Azsiğorta”nın səviyyəsi ”neqativ” kimi qiymətləndirilib