3 nəfərin vəfat etdiyi bildirilir
Fevralın 8-də Azərbaycanda 44 adam COVİD19 infeksiyasına yoluxub, 102 nəfər müalicə olunaraq evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumatda deyilir ki, virusa yoluxmuş 3 nəfər vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyədək 231 198 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 225 348 nəfər müalicə olunaraq sağalıb, 3161 pasiyent ölüb. Hazırda akstiv xəstə sayı 2 689 nəfərdir".
Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 567, bu günə qədər isə ümumilikdə 2 45 66 50 testin aparıldığını xatırladıb.