Koronavirus

Mənbə: Meydan.TV

Başlıq: Koronavirus

Azərbaycanda koronavirusa yoluxma artıb

750 nəfərin yeni yoluxduğu bildirilir

İyulun 28-də Azərbaycanda 750 COVID-19 infeksiyasına yoluxma, 134 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 3 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 341933 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 332393 nəfər müalicə olunaraq sağalıb, 5014 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 4526 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11058, ötən müddətdə isə 4003650 testin aparıldığı göstərilib.

İyulun 27-də isə Azərbaycanda 11 895 testin nəticəsində 468 nəfərin COVID-19 infeksiyasına yoluxduğu, 123 nəfərin müalicə olunaraq sağaldığı bildirilirdi. Operativ Qərargah analiz nümunələri müsbət çıxan 2 xəstənin vəfat etdiyini açıqlamışdı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/tu31a4

Ən çox baxılan