Azərbaycanda koronavirusa yeni yoluxma: 319 nəfər

5 nəfər vəfat edib

Source: Meydan TV


5 nəfər vəfat edib

Azərbaycanda koronavirus infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb.

161 nəfərin isə müalicə olunaraq sağaldığı bildirilir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 235 333 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: "Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib. Hazırda 2 960 aktiv xəstə var".

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 928, bu günə qədər isə ümumilikdə 2 618 808 test icra olunub.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirusa yeni yoluxma: 319 nəfər