Azərbaycanda daha 40 nəfərdə koronavirus aşkarlandı

Operativ qərargah ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 152.597 testin aparıldığını qeyd edib.

Source: Архив


46 nəfərin sağaldığı deyilir

Mayın 2-də Azərbaycanda 40 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq evə buraxılıb.

Bu barədə məlumatı

Nazirlər Kabineti

yanında Operativ Qərargah yayıb.

Bildirilib ki, Azərbaycanda hazırda 1894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1411 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər ölüb, 458 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 14 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Operativ qərargah ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 152.597 testin aparıldığını qeyd edib.

Ana səhifəSosialAzərbaycanda daha 40 nəfərdə koronavirus aşkarlandı