Dekabrın 4-də “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş yanğınla bağlı mətbuat konfransı keçirilib. “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov itkin düşən neftçilərlə bağlı heç bir məlumat olmadığını bildirib.
“Fövqəladə Hallar Nazirliyinin gəmiləri və helikopterləri itkin düşən şəxslərin axtarışlarını davam etdirir. Yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub. 10-cu dərin dəniz özülündə baş verən yanğının bu gün söndürülmə ehtimalı böyükdür, əks halda yanğın sabaha kimi söndürüləcək. “Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus gəmi sahəyə gətirilib”
Bu yazı 10 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 6 Dekabr 2015 20:52